Mariya Stadnik bu dəfə podiumda - Fotolar

Mariya Stadnik bu dəfə podiumda - Fotolar
  05 Noyabr 2016    Oxunub:2925
Üçqat Olimpiya mükafatçımız, Dünya və Avropa çempionu, azərbaycanlı güləşçi Mariya Stadnik Hindistanda podiuma çıxıb.
AzVision.az xəbər verir ki, güləşçimiz professional güləş liqasının ikinci turunun şərəfinə Nyu-Delidə baş tutan moda sərgisində iştirak edib.

Stadnik daxil olmaqla bütün iştirakçılar ənənəvi hind geyimində podiuma çıxıb. Güləşçilər podiuma çıxarkən həyəcanlı olduqlarını vurğulayıblar.

“Döşəkçədə hər şey sadə və təbiidir. Biz uşaqlıqdan vərdiş etdiyimiz şeyləri edirik. Bu isə tamamilə fərqlidir. Mən çox həyəcanlı idim. Bu, Hindistana ilk səfərimdir. Mən Tac Mahal və Delidə qızıl məbədi ziyarət etmək istəyirəm”, - deyə Stadnik vurğulayıb.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti