Davudoğlu:`Misirdəki qətliamın demokratiya ilə əlaqəsi yoxdur`

Davudoğlu:`Misirdəki qətliamın demokratiya ilə əlaqəsi yoxdur`
  15 Avqust 2013    Oxunub:1375
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Misir xalqına başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında xarici işlər naziri vurğulayr ki, bizim əsas prioritetimiz Misirin regionda tez bir zamanda layiq olduğu yeri tutmasıdır.

`Bu gün öz layiqli yeri tuta bilməyənlər sabaha kiməsə demokratiya dərsi verə bilməz. Qərb ölkələri unutmamalıdır ki, Misirə sərgilədikləri münasibət bütün dünya ölkələrinin diqqət mərkəzində olacaq. Misirdə baş verən hadisələrin demokratiya ilə əlaqəsinin olmadığı ap-açıq ortadadır. Hər şey gözümüzün qarşısında baş verir və lazımı tədbirləri görmək lazımdır`.

Davudoğlu vurğulayıb ki, beynəlxalq ictimaiyyət baş verən hadisələrə qarşı artıq susmamalıdır:

`Misirdə dünyasını dəyişən bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ölkə vətəndaşlarına qarşı göstərilən bu cür təzyiq qəbuledilməzdir və bizi narahat edir`.

Mirvari



Teqlər:





Xəbər lenti