Prezident saç oğrularına müharibə elan etdi

Prezident saç oğrularına müharibə elan etdi
  15 Avqust 2013    Oxunub:1469
Venesuela prezidenti Nikolas Maduro ölkənin hüquq-mühafizə orqanlarını qadınların saçlarını kəsən mafiyaya qarşı ciddi tədbir görməyə çağırıb.
AzVision.az xəbər verir ki, Venesuela şəhərlərində tez-tez saç oğurluğu hadisələrinə rast gəlinir. Saç oğruları Marakaybo şəhərində xüsusilə aktivdirlər. Qadın və kişilərdən ibarət soyğunçu dəstələri küçələrdə uzun saça sahib insanlara hücum edirlər. Onlar insanları hətta silahla hədələyərək saçlarını tez kəsərək qaçırlar. Saç oğrularının cəld hərəkətlərinə görə onları “piranya” adlandırırlar.

Saçları oğurladıqdan sonra soyğunçular onu gözəllik salonlarına satırlar. Bir topa saç üçün təxminən 3000 Venesuela bolivarı (476 dollar) almaq olur. Saçları oğurlanan qadınlar isə istehzalardan çəkinərək polisə şikayət etmirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti