Bağdadda partlayış: 22 ölü, 84 yaralı

Bağdadda partlayış: 22 ölü, 84 yaralı
  15 Avqust 2013    Oxunub:1378
İraqın paytaxtı Bağdadın müxtəlif yerlərində baş verən partlayışlarda 22 nəfər ölüb, 84 nəfər yaralanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələri məlumat yayıb.

Bağdadın Kazımiyyə bölgəsində bomba yüklənmiş maşının partlaması nəticəsində 7 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Paytaxtın şərqindəki əl-Bələdiyyat bölgəsindəki partlayış isə 3 nəfərin həyatına son qoyub, 9 nəfəri yaralayıb.

Şəhərin cənub-qərbində bomba ilə yüklənmiş maşının partlaması isə 3 nəfərin ölümü, 12 nəfərin yaralanmağı ilə nəticələnib.

Paytaxtın mərkəzində Bab əl-Müəzzəm bölgəsində də partlayış qeydə alınıb. Belə ki, şəhərin bu bölgəsində hadisə nəticəsində 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Bağdadın cənubqərbində Hay əl-Amil bölgəsindəki partlayışda isə 7 nəfər yaralanıb.

Fatimə


Teqlər:





Xəbər lenti