Obama baha başa gəlir

Obama baha başa gəlir
  26 Fevral 2013    Oxunub:1518
Amerika mediası Ağ Evə qarşı üsyan qaldırıb.
ABŞ kütləvi informasiya vatiləri Amerika prezidenti Barak Obamanın səfərləri zamanı onu müşayiət etməyin, prezidentlə vaxt keçirməyin olduqca baha başa gəlməsindən şikayətlənib.
Belə ki, Obamanın Floridaya səfəri zamanı onu müşayiət edən jurnalistin bir günlük xərclərinin 3 min dolları keçməsi, mətbu qurumun rəhbər şəxslərinin etirazına səbəb olub.
Çəkilən xərcə rəğmən jurnalistin hazırladığı materiallar da ürəkaçan olmayıb. Səfər zamanı xəbər qıtlığı yaşanıb, Obama mətbuatla gizlənqaç oynayıb.
Prezidentin mətbuatla gərgin olan münasibətləri Obama - Tiger Woods görüşü zamanı pik həddə çatıb. Cütlüyün qolf oyunu zamanı jurnalistlərin içəri buraxılmamasından sonra Ağ Ev Jurnalistlər Birliyinin üzvləri yazdıqları ərizələrlə şikayətlərini dilə gətiriblər.



Teqlər:  





Xəbər lenti