Nazirliyə silah gətirdilər

Nazirliyə silah gətirdilər
  26 Fevral 2013    Oxunub:1777
Naxçıvanda iki nəfər DİN-ə avtomat gətirib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakinləri Alim Babayev və İmran Nağıyev tapdıqları 2 ədəd "AKM" avtomatını, 2 ədəd patron darağını və 20 ədəd patronu könüllü olaraq Naxçıvan Muxtar Respublikası DİN-ə təhvil veriblər.

Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.


Teqlər:





Xəbər lenti