Ərdoğan şortikdə -FOTOLAR

Ərdoğan şortikdə -FOTOLAR
  16 Avqust 2013    Oxunub:1151
Baş nazir şortik və kepkada
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin “Bayramda harda olacaqsınız” sualına “İstanbulda olmayacağam” desə də, harda olacağını bildirməmişdi. Baş nazirin hara getməsi jurnalistləri o qədər maraqlandırmışdı ki, hətta onun xəstə olması barədə şayiələr də yayılmış və baş nazirlik bu iddiaları təkzib etməyə məcbur olmuşdu.

Bir müddət sonra isə baş nazir Ərdoğanın istirahət məkanı Bodrumda olduğu məlum olmuşdu. “Sözçü” qəzetinin əməkdaşı Tarkan Abdullahoğlu isə baş nazirin dincəldiyi yaxtada şortla və kepka ilə şəklini çəkməyə müvəffəq olub. Beləcə baş nazirin Bodrumda “Rixos” otelində qaldığı məlum olub.

Qalereya




Teqlər:  





Xəbər lenti