İran yeni hökumətin tərkibini təsdiqlədi

İran yeni hökumətin tərkibini təsdiqlədi
  16 Avqust 2013    Oxunub:1477
İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinə irəli sürdüyü 18 namizədini müzakirə üçün parlamentə təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə Məclisin spikeri Əli Laricani bildirib. Qeyd edək ki, namizədlərdən 15-i deputatlar tərəfindən təsdiq edilib.

Laricaninin sözlərinə görə, deputatlar təhsil, elm, tədqiqat və texnologiya, gənclər və idman naziri vəzifələrinə namizədlər təsdiqini tapmayıb. 290 deputatdan 284-nün iştirak etdiyi səsvermədə bu namizədlər lazımi səs çoxluğunu toplaya bilməyiblər.

Xatırladaq ki, bu yaxınlarda İranın yeni prezidenti Həsən Ruhaninin inauqurasiyası baş tutub. Mərasimdə 50-dən çox xarici nümayəndə heyəti iştirak edib. Ölkənin müasir tarixində 1979-cu ildən sonra bu cür mərasim görünməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti