AST Telmanın qardaşı həbs edildi – VİDEO XƏBƏR

AST Telmanın qardaşı həbs edildi – VİDEO XƏBƏR
  21 Noyabr 2016    Oxunub:16309
Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.
AzVision.az “Life.ru”ya istinadən xəbər verir ki, Rafiq İsmayılov Moskvada biznesmenlərin qətlində təqsirli bilinir.

İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçisi Yuri Brilevin qətlində günahlandırılır.

İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.

İsmayılov hadisədə özü təqsirli bilmədiyini deyib.

Rusiya İstintaq Komitəsinin versiyasına görə, biznesmenlərin qətlə yetirilməsinə səbəb Rafiq İsmayılov və Vladimir Savkin arasında maliyyə mübahisəsi olub.

İsttintaq sübut edib ki, Rafiq İsmayılov qətlin törədildiyi yerə killer Mehman Kərimovu gətirib. Telman İsmayılovun qardaşı killerlə görüşə - biznesmenin öldürüldüyü yerə öz oğlu Raul İsmayılovun “Mercedes” markalı maşını ilə gəlib.

Hadisənin təfərrüatı ilə bağlı yayılan məlumata görə, killer öldürülən Vladimir Savkinlə mayın 26-da Novorojsk şosesində yerləşən “BP” yanacaq doldurma məntəqəsində görüşüb. Savkin görüşə gələrkən təsadüfən “Lublino Motors”-un direktoru Yuri Brilyevi də özü ilə gətirib. Biznesmenlərdən bir neçə dəqiqə əvvəl yanacaq doldurma məntəqəsinə Rafiq İsmayılovun oğluna məxsus “Mercedes” markalı avtomobil gəlib. Avtomobildə killer Mehman Kərimovla bərabər Rafiq İsmayılov da olub. Bunu ərazidəki müşahidə kameraları da göstərir.

Görüntülərdən məlum olur ki, içərisində Rafiq İsmayılov və Mehman Kərimovun olduğu “Mercedes” görüş vaxtına bir neçə dəqiqə qalmış əraziyə gəlib.

Biznesmenlərin İsmayılovu görməməsi üçün avtomobil biraz kənarda park edilib.
Mehman Kərimov biznesmen Vladimir Savkinə yaxınlaşıb və bir neçə dəqiqədən sonra killer biznesmenlərlə birgə “Toyota Land Cruiser” markalı avtomobilə minərək onlara yola çıxıb. 40 saniyədən sonra Rafiq İsmayılovun içərisində olduğu “Mercedes” markalı avtomobil onların arxasınca hərəkət etməyə başlayıb.

Yanacaq doldurma məntəqəsindən bir neçə kilometr aralıda “Toyota Land Cruiser”in salonunda biznesmenlərin güllələnmiş meyitləri aşkarlanıb.
Mayın 16-da saat 22:40-da Novorijsk şosesindən 30 kilometr aralıda Vladimir Savkin və Yuri Brilyevin cəsədi başlarından güllələnmiş şəkildə aşkarlanıb.

Bundan dərhal sonra hadisəni törətməkdə şübhəli bilinən Mehman Kərimov saxlanılıb. O, hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Lakin araşdırmalar göstərib ki, Mehman Kərimov biznesmenləri öldürməmişdən öncə Rafiq İsmayılova zəng edib.

Mehman Kərimov saxlanılan zaman ifadəsində bildirib ki, Savkinin ona 500 min dollar borcu olub və bu səbəbdən onu öldürüb. Lakin istintaq müəyyənləşdirib ki, münaqişə Kərimov və Savkin arasında deyil, Savkin və Rafiq İsmayılov arasında olub.

Qeyd edilib ki, Vladimir Savkin Rafiq İsmayılovla birgə Moskvada ticarət-əyləncə kompleksinin sahibi olub. İsmayılov kompleksi satıb və bütün pulları özünə götürüb. O, Savkinə bir neçə milyon dollar borclu olub və rusiyalı biznesmen pullarını geri qaytarmaq istəyib. Mehman Kərimov bu münaqişədə vasitəçi yolunu oynayıb və öz qurbanları ilə görüşə münaqişənin nizamlanması üzrə vasitəçi kimi gəlib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti