Ukrayna Rusiyanı ittiham etdi

  16 Avqust 2013    Oxunub : 337
Ukrayna Rusiyanı ittiham etdi
Ukrayna politoloqları və biznesmenləri ixrac olunan mallara gömrük haqqını artırdığı üçün Rusiyanı ittiham edib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Rusiya Ukrayna məhsullarına məhdudiyyətlər qoyduğu üçün yüzlərlə yük maşınları iki ölkə sərhədində dayanmağa məcbur olub.

Keçən ay Moskva Ukraynadan idxal olunan “Roshen” şirkətinin məhsullarına qadağa qoyub.

Qeyd edək ki, Ukrayna gömrük birliyinə qoşulmaq üçün Rusiyanın keçmiş Sovet ölkələrinə etdiyi təklifdən imtina edib.

AzVision.az

Teqlər: