Canlı yayım, `yoxa çıxan` foto və videolar - `İnstagram`dan yeniliklər - VİDEO XƏBƏR

Canlı yayım, `yoxa çıxan` foto və videolar - `İnstagram`dan yeniliklər - VİDEO XƏBƏR
  22 Noyabr 2016    Oxunub:7042
“İnstagram” sosial şəbəkəsində “İnstagram Stories” bölməsində yeni funksiya – birbaşa canlı yayımı işə düşüb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkənin rəsmi bloqunda yerləşdirilib.

“Instagram Stories” canlı yayımın müddəti bir saatdan artıq olmayacaq. Real rejimdə yayım zamanı, istifadəçilərin şərhi, yuxarı hissədə isə videonu izləyən şəxslərin sayı göstəriləcək. Video yayımlayan şəxs istədiyi vaxt şərhləri də bağlaya bilər.

Canlı yayım başlayan kimi izləyicilər bu barədə xəbərdarlıq alacaq. Bu arada efirin bitməsindən sonra videonu yaddaşda saxlamaq olmur, canlı yayım dərhal itir.

Şirkətdən bildirilib ki, istifadəçilər bu funksiyanı mərhələli şəkildə istfadə edəcək.

Tətbiqin yeni versiyasında, həmçinin bir və ya bir neçə şəxsə göndərilməsi mümkün olan “yoxa çıxan” foto və videolar funksiyası da əlavə olunub. Şəxs videoya baxdıqdan sonra onlar dərhal silinəcək.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti