Qarlı havada yollarda vəziyyət necədir?- VİDEO XƏBƏR

Qarlı havada yollarda vəziyyət necədir?- VİDEO XƏBƏR
  23 Noyabr 2016    Oxunub:5912
"Ötən gündən başlayaraq Bakıya yağan qar yollarda ciddi problem yaratmayıb".
Bunu AzVision.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yollarda buzlaşmanın qarşısının alması üçün duz-qum qarışığı səpilib.

“Bakı şəhərində Yasamal dairəsində, Bakı Dairəvi yolunda, körpülərdə, enişli-yoxuşlu olan yollarda müəyyən qədər buzlaşma olub. Səhər saatlarından həmin ərazilərə duz-qum qarışığı səpilib. Buz bağlayan yollarda yaranan problemlər aradan qaldırılıb”.

A.Nəcəfli vurğulayıb ki, qarlı hava şəraiti hökm sürməsinə baxmayaraq, Respublika yollarında ciddi problemlər müşahidə olunmayıb.

ASC rəsmisi bildirib ki, bir qədər dağlıq rayonlarda, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda buzlaşma olub. Görülən tədbirlər nəticəsində həmin problemlər aradan qaldırılıb.

A.Nəcəfli mövsümlə əlaqədar sürücüləri ehtiyatlı olmağa çağırıb: “Sürücülər belə havada ehtiyat olmalı, avtonəqliyyat vasitələri qış rejiminə hazırlanmalıdır”.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti