Tramp Putinə barışıq təklif etdi: `Bu, ən böyük səhvimizdir` (VİDEO XƏBƏR)

Tramp Putinə barışıq təklif etdi: `Bu, ən böyük səhvimizdir` (VİDEO XƏBƏR)
  23 Noyabr 2016    Oxunub:5128
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya ilə əlaqələri normallaşdırmaq niyyətində olduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Tramp “The New York Times”-a müsahibəsində bildirib.

Tramp jurnalistlərin suallarını cavablandırarkən münasibətlərin normallaşmasını “yenidən başlama” adlandırmaqdan imtina edib. Bununla da o, sabiq dövlət katibi Hillari Klintonun uğursuz siyasətinə işarə edib: “Mən baş verənlərdən sonra bu termini istifadə etmək istəməzdim”.

“Rusiya ilə münasibətləri yaxşılaşdırmağın həqiqətən müsbət addım olduğuna inanıram. Amma təkcə Rusiya ilə deyil, həm də digər ölkələrlə münasibətləri yaxşılaşdırsaq, daha gözəl olar. Rusiya ilə münasibətləri qaydasına salmaq istərdim və hesab edirəm ki, onlar da bunu istərdi. Çünki bu, ümumi maraqların xeyrinədir", - Tramp bildirib.

O, Putinlə telefonla danışdığını təsdiqləsə də, detalları açıqlamaqdan imtina edib.

Müsahibə zamanı Tramp İraqa müdaxiləni ABŞ tarixində ən böyük səhvlərdən biri olduğunu vurğulayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti