Ərdoğan erməniləri Qarabağdan çıxmağa çağırdı - (VİDEOXƏBƏR)

Ərdoğan erməniləri Qarabağdan çıxmağa çağırdı - (VİDEOXƏBƏR)
  23 Noyabr 2016    Oxunub:30451
“Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır”

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib.

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladan Ərdoğan bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlar əsl sahibinə yəni azərbaycanlılara qaytarılmalıdır: “Buranın əsl sahibi azərbaycanlılardır və onlar öz topaqlarına qayıdıb məskunlaşmalıdırlar. İşğalla nəyəsə nail olmaq olmaz. Türkiyə olaraq Qarabağın işğalının əleyhinəyik”.

Ərdoğan qeyd edib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti