Klinton Trampdan 2 milyon çox səs toplayıb - Nəticələr (VİDEO XƏBƏR)

Klinton Trampdan 2 milyon çox səs toplayıb - Nəticələr (VİDEO XƏBƏR)
  24 Noyabr 2016    Oxunub:3906
ABŞ-da noyabr ayının 8-də keçirilən seçkilər üzrə səslərin sayının hesablanması prosesi hələ davam edir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, noyabr ayının 23-də açıqlanan nəticələrə əsasən, demokrat Hillari Klinton ümumi səs sayında Donald Trampı 2 milyon səs qabaqlayıb.

Prezident seçkilərində səs verənlərin 62,2 milyonu Trampa, 64,2 milyonu isə Klintona səs verib.

Qeyd edək ki, prezident seçkilərində Respublikaçılar Partiyasının namizəd Donald Tramp qalib gəlib. O, kollegiya üzvlərinin daha çox səsini qazanıb. Yeni prezidentin inaqurasiya mərasimi yanvar ayının 20-də baş tutacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti