Fidel Kastro öldü, meyiti yandırılacaq - (VİDEOXƏBƏR)

Fidel Kastro öldü, meyiti yandırılacaq - (VİDEOXƏBƏR)
  26 Noyabr 2016    Oxunub:8237
Kuba inqilabının lideri Fidel Kastro vəfat edib.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun qardaşı Kubanın dövlət başçısı Raul Kastro məlumat verib.

Kuba lideri Raul Kastro bildirib ki, onun qardaşı, Kuba inqilabının lideri Fidel Kastro bu gün kremasiya olunacaq.

AzVision.az xəbər verir ki, dövlət televiziyası vasitəsilə çıxış edən Kastro qardaşının dünən yerli vaxtla saat 22:29-da vəfat etdiyini bildirib.

**
(09:40)

Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat edib.

Qeyd edək ki, Fidel Kastro 1959-2011-ci illərdə Kubaya rəhbərlik edib.

O, 1976-cı ildən 30 il ərzində Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri, həmçinin İnqilabi Silahlı Qüvvələrin baş komandanı və ölkənin Milli Müdafiə Şurasının sədri olub.

47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti