Türkiyədə İŞİD əməliyyatı: 25 nəfər tutuldu (VİDEOXƏBƏR)

Türkiyədə İŞİD əməliyyatı: 25 nəfər tutuldu (VİDEOXƏBƏR)
  26 Noyabr 2016    Oxunub:3639
Türkiyədə İstanbul Polis İdarəsinin terrorla mübarizə şöbəsi və çevik polis qüvvələrinin əməkdaşları İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin üç vilayətdə keçirdiyi əməlyyat nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər tutulub. Tutulanlardan 12-si Rusiya, 8-i Türkiyə, 2-si Azərbaycan, 2-si Özbəkistan, 1-i isə Tacikistan vətəndaşıdır.

Onların yaşadığı mənzildə aparılan axtarış zamanı silah, hərbi geyim, elektron informasiya daşıyıcısı, bir neçə dildə yazılmış vərəqələr və narkotik aşkar edilərək götürülüb.

Qeyd olunub ki, tutulanlar saxta sənədlərlə Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar.



AzVision.az


Teqlər:  





Xəbər lenti