Nazirlik 6 ildə 73 uşağı övladlığa verib
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan uşaqlardan 38 nəfəri oğlan, 35 nəfəri qızdır.
Məlumatda qeyd edilib ki, övladlığa verilən uşaqlar 5-17 yaş arasıdır və uşaqlar qohumlara deyil, yad ailələrə övladlığa verilib.
Onlardan 13 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır.
Həmçinin qeyd edilib ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixo-nevroloji uşaq evindən övladlığa verilən 1 nəfər uşağın övladlığa götürülməsi barədə məhkəmə qətnaməsi ləğv edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: