`Mən heç kimi teatrdan qovmamışam` - Azərpaşa Nemətov (VİDEOXƏBƏR)

`Mən heç kimi teatrdan qovmamışam` - Azərpaşa Nemətov (VİDEOXƏBƏR)
  28 Noyabr 2016    Oxunub:3282
“Bəzi insanlar var ki, teatra nə üçün gəlib-getdiklərini bilmirlər”.
Bunu AzVision.az-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru, xalq artisti Azərpaşa Nemətov deyib. “Azdrama”da yaşanan son olaylara münasibət bildirən xalq artisti vurğulayıb ki, o, aktyorlardan heç kimi teatrdan qovmayıb.

“Teatrın iclasında bildirdim ki, kimsə bizimlə işləmək istəmirsə, çıxıb gedə bilər. Qapı açıqdır. Heç kimi teatrda məcburi saxlamırıq. Heç kimi də teatrdan qovmamışıq. Özləri ərizələrini yazıb, gediblər. Bundan əvvəl mən Gənc Tamaşaçılar Teatrında işləmişəm. Kimi qovmuşam, haçan qovmuşam? Biri məhkəməyə verir, bir onu edir, biri bunu edir.

İnsanlar var ki, teatra nə üçün gəlib getdiklərini bilmirlər. Buna baxmayaraq teatrlarda çox maraqlı insanlar olub və olacaq”.

A.Nemətov “Azdrama”nın işindən razı qaldığını vurğulayıb: “Kollektivdə istər işıq, dekorasiya işlərinə baxanlar, istərsə də aktyorlar olsunlar, bir sözümü iki etmirlər. Hamı birlikdə çalışır”.

Qeyd edək ki, aktyor Hikmət Rəhimovun işdən çıxarılması, ona dəstək olaraq xalq artisti Fuad Poladovun teatrı tərk etməsi Akademik Milli Dram Teatrı ilə bağlı qalmaqala səbəb olmuşdu. Bu məsələ mətbuatda geniş müzakirələrə yol açmışdı.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti