Nigeriyada 11 nəfər qətlə yetirildi

Nigeriyada 11 nəfər qətlə yetirildi
  17 Avqust 2013    Oxunub:1009
Nigeriyada hücum nəticəsində 11 nəfər qətlə yetirilib.
Hadisə şahidləri bildirib ki, Borno ştatının mərkəzi şəhərindən 85 kilometr aralıda yerləşən Damboa şəhərində silahlılar polisə və mülki əhaliyə atəş açıb. Bu ərazi “Boko Haram” radikal qruplaşmanın məskanı sayılır.

AzVision.az BBC-yə istinadən xəbər verir ki, hücum edənlərin radikal islamçılar olduğu güman edilir.

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

AzVision.az


Teqlər:  





Xəbər lenti