Metroda dəhşətli hadisə - Kişi özünü qatarın altına atdı (VIDEOXƏBƏR)
Qurum rəsmisi bildirib ki, özünü qatarın altına atan şəxs 1951-ci il təvəllüdlü Nardaran sakini Əhmədov Nəsir Əlihüseyn oğludur. Sərnişin hadisə nəticəsində sağ qalıb.
“Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırlıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır”.
Anar Kəlbiyev
AzVision.az