Bu kəndlərdə qadın yoxdur

Bu kəndlərdə qadın yoxdur
  26 Fevral 2013    Oxunub:1676
Rusiyanın Krasnoyarsk bölgəsindəki 23 kənddə ancaq kişilər yaşayır.
Rusiyanın soyuq və həyat şərtlərinin olduqca sərt olduğu Krasnoyarsk bölgəsindəki bəzi kəndlərdə ancaq kişilər yaşayır.
“The Siberian Times” qəzetinin xəbərinə görə, yalnız kişilərin yaşadığı 23 kiçik kənddə maksimum 5 nəfərə rast gəlmək olar. Yeni açıqlanan rəsmi statistikaya görə, Kasovo, Noviy Lokatuyi və Lokatuyi kəndlərində isə nə az, nə çox, cəmi bir nəfər yaşayır.

Rusiyanın ikinci ən böyük regionu Krasnoyarskın kəndlərində qış aylarında havanın tempraturu 40 dərəcəyə qədər düşdüyü halda, yayda dözülməz istilər müşahidə edilir.
Siyahıya alınan əhali sayına görə, kişilərlə müqayisədə 193 min nəfər çox olan qadınların bu regionda niyə yaşamaq istəmədikləri də məlum deyil.



Teqlər:  





Xəbər lenti