İbrahimbəyovun sənədindən xəbər yoxdur

İbrahimbəyovun sənədindən xəbər yoxdur
  17 Avqust 2013    Oxunub:1055
Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunma vaxtı hələ bəlli deyil.

Bu barədə AzVision.az-a açıqlamasında Milli Şura seçicilərinin təşəbbüs qrupunun nümayəndəsi Elman Məmmədzadə bildirib.

Onun sözlərinə görə sənədlərin hazır olması üçün bir sıra işlərin görülməsinə ehtiyac var : `Sənədlərin bu gün, ya sabah MSK-ya təqdim olunması barədə heç bir söz deyə bilmərəm. Sənədlər təqdim olunanda bəyanat veriləcək`.

Qeyd edək ki, Milli Şuranın üzvü Eldəniz Quliyev mətbuata açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyovun seçki sənədləri sabah Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti