Ermənistanda kütləvi ixtisarlar olacaq - (VİDEOXƏBƏR)

Ermənistanda kütləvi ixtisarlar olacaq - (VİDEOXƏBƏR)
  02 Dekabr 2016    Oxunub:3922
Ermənistanın bütün nazirliklərində çalışan kadrların ən azı 20 faizi ixtisar olunacaq.

AzVision.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Karen Karapetyan bildirib.

Təbiətin qorunması naziri Artsavik Minasyanın sözlərinə görə, onun rəhbərlik etdiyi nazirlikdə ixtisar edilən kadrların sayı 22 faizə çatacaq.

Məlumata görə, Müdafiə Nazirliyi, polis idarəsi və Milli Təhlükəsizlik Xidmətində ixtisarlar aparılmayacaq.

Ekspertlər iddia edir ki, bununla Ermənistanda hərbi-polis rejimi yaranacaq.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti