Onlardan biri ABŞ-ın yeni dövlət katibi olacaq - (VİDEOXƏBƏR)
AzVision.az xəbər verir ki, rəsmi siyahıya Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni, Nyu-Yorkun keçmiş meri Rudi Juliani, senator Robert Korker, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus daxildir.
"Fox News" telekanalına müsahibəsində D.Trampın baş müşaviri Kellienn Konuey namizədləri təsdiqləyib. "Biz artıq bəyan etmişik ki, seçim 4 nəfər arasında aparılacaq".
D.Tramp da müsahibəsində söyləyib ki, yaxın həftələrdə demək olar ki, kabinetin tam tərkibi formalaşdırılacaq.
AzVision.az