“Simurq” “Neftçi” ilə üzləşəcək

“Simurq” “Neftçi” ilə üzləşəcək
  17 Avqust 2013    Oxunub:1655
Bu gün Azərbaycan Premyer Liqasında III turun oyunlarına start veriləcək.

AzVision.az-ın Peşəkar Futbol Liqasına istinadən verdiyi xəbərə görə, ilk oyun günü bir qarşılaşma keçiriləcək. Sonuncu çempion “Neftçi” Zaqatalanın “Simurq” klubunu qəbul edəcək.

Mövsümün ilk iki turunda qələbə qazanmaqla 6 xal toplayan “ağ-qara”lar “Simurq”la oyunda 3 xal üçün oynayacaq. Bununla belə, aktivində 4 xal olan əyalət təmsilçisi mübarizədə asan təslim olmayacaq. “Bakcell Arena”da baş tutacaq matç saat 21.00-da başlayacaq.

“Neftçi” – “Simurq”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov

Köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

AzVision.az



Teqlər:  





Xəbər lenti