Ermənistanda ruhi xəstə 5 evi yandırdı - (VİDEOXƏBƏR)

Ermənistanda ruhi xəstə 5 evi yandırdı - (VİDEOXƏBƏR)
  05 Dekabr 2016    Oxunub:4130
Ermənistanın Vanadzor rayonunda baş verən yanğında 5 ailə evsiz qalıb.
AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, yanğın dekabrın 5-də saat 09:30 radələrində baş verib.

Zərərçəkənlərin iddiasına görə, taxta konstruksiyalardan olan evləri ruhi-əsəb xəstəliyi olan qonşuları yandırıb: “Biz psixiatriya xəstəxanasına və polisə dəfələrlə müraciət etmişik. Onu müraciətimizdən sonra tutdular, amma bir həftə sonra geri qaytarıldı”.



Onun yandırdığı 5 gecəqonduda 19 nəfər yaşayırmış. Hadisə yerinə gələn Vanadzorun meri Mamikon Aslanyan evləri yanan şəxslərin müvəqqəti mənzillə təmin edəcəyinə söz verib. Yanğının səbəblərinin araşdırılması üçün ekspertiza təyin olunub.





İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti