`Eurovision` təmsilçimiz Diana kimdir? - (VİDEOXƏBƏR)

`Eurovision` təmsilçimiz Diana kimdir? - (VİDEOXƏBƏR)
  05 Dekabr 2016    Oxunub:14777
AzVision.az xəbər verir ki, Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb.

“Bəri bax” musiqi kollektivində çalışıb. O, 2006-cı ildə Bakı şəhərində yerləşən 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq "Xor dirijorluğu" peşəsinə yiyələnib.

Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayan gənc müğənni hazırda Bakı Caz Mərkəzində Elnur Hüseynov və digərləri ilə birlikdə çalışır.



2010-cu ildə Diana Hacıyeva “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçı arasında 4-cü olub.

D.Hacıyeva 2009-cu ildə sənətçi "Radio & Video" rok-qrupunun gitaristi Əli Nəsirovla ailə həyatı qurub. Bu, D.Hacıyevanın ikinci evliliyidir.

Xatırladaq ki, "Eurovision-2017" Ukraynada keçiriləcək.





















Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti