`Soyuq əllər, isti ürək` - Fotolar

`Soyuq əllər, isti ürək` - Fotolar
  07 Dekabr 2016    Oxunub:23563
Bakınn Fəvvarələr meydanında “Nargis Fund”un rəhbərliyi və “Amapola Exclusive Events” təşkilatı dəstəyi ilə növbəti, dördüncü “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb.
Yarmarka 2017-ci il yanvarın 15-dək davam edəcək. Ənənəyə görə, tədbirdə toplanmış vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq.

“Nargis Fund” yarmarkanın sponsorları - Azərbaycan Beynəlxalq Bankı, “Amapola Exclusive Events”, “Caspian Drilling Company”, SEBA (Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), “Azərişıq”, “Elevatione”, “Norm”, “Fresh Catering” ilə birlikdə ehtiyacı olan uşaqlara (müalicə, cərrahiyyə əməliyyatı və sair) kömək göstərəcək.

Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanındakı kiçik taxta evlərdə təşkil edilib. Burada doğmalar və yaxın adamlar üçün Yeni İl hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat almaq, bununla da ehtiyacı olan uşaqlara böyük sevinc bəxş etmək olar. Satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanan məmulatlar çıxarılıb.




















FOTO: Elvin Abdulla
AzVision.az


Teqlər:  





Xəbər lenti