Rusiyada azərbaycanlılara məscid tikməyə icazə verilmir - (VİDEOXƏBƏR)

Rusiyada azərbaycanlılara məscid tikməyə icazə verilmir - (VİDEOXƏBƏR)
  07 Dekabr 2016    Oxunub:7039
“Azərbaycan” İctimai Birliyi Rusiyanın Yekaterinburq şəhərində məscid tikintisi zamanı yeni maneə ilə üzləşib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dövlət Mülklərinin İdarə olunması üzrə Nazirliyinin Sverdvlovsk vilayəti üzrə İdarəsi gecikdirilmiş borca görə məscidin tikilməli olduğu ərazinin icarəsi üzrə müqaviləni pozub.

Qeyd edək ki, 2016-cı ilin noyabrında ictimai təşkilat Dövlət Mülklərinin İdarə olunması üzrə Nazirliyin çıxardığı qərarın qanunsuz olması ilə əlaqədar Sverdlovsk vilayətinin Arbitraj Məhkəməsinə müraciət edib. İş üzrə məhkəmə prosesi dekabrın 28-də keçiriləcək.

Xatırladaq ki, bu, azərbaycanlıların Yekaterinburqda məscid tikintisinin qarşını almaq üçün görülən ilk tədbir deyil. Belə ki, bu ilin sentyabr ayında Azərbaycan diasporu Sverdlovsk vilayəti Tikintinin və Kommunal Yaşayış Təsərrüfatı Nazirliyinə qalib gəlib. Arbitraj məhkəməsinin qərarına əsasən nazirlik qanunsuz olaraq məscidin tikintisinə icazəni verməkdən imtina edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti