Varlılar çox yaşayır, yoxsa kasıblar? - Alimlər araşdırdı

Varlılar çox yaşayır, yoxsa kasıblar? - Alimlər araşdırdı
  09 Dekabr 2016    Oxunub:12146
ABŞ-ın Şərqi Tenessi Universiteti (East Tennessee State University) alimləri insan həyatının uzunluğuna kasıblığın necə təsir etdiyini araşdırıblar.
AzVision.az Sputnik-ə istinadən xəbər verir ki, aparılan araşdırmanın nəticələri alimləri çox təəccübləndirib. Belə ki, Amerikada kasıblar varlılardan 7-10 il az yaşayır.

ABŞ-ın kasıb ştatlarında kişilər varlı ştatlarla müqayisədə 10 il, qadınlar isə 7 il az yaşayır. Kasıb ştatların əhalisi varlı ştatların əhalisi ilə müqaysədə 4,5 dəfə çox siqaret çəkir. Eynilə də piylənmədən əziyyət çəkənlər kasıb ştatlarda varlı ştatlara nisbətən 50% çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti