12 yaşlı oğlan parkda almaz tapdı

12 yaşlı oğlan parkda almaz tapdı
  18 Avqust 2013    Oxunub:1355
ABŞ-ın Arkanzas ştatında Şimali Karolina əyalətində Almaz Krateri parkında 12 yaşlı oğlan 5.15 karatlıq almaz tapıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maykl Detlaf hər kəsin rahatlıqla almaz götürə biləcəyi parkda 10 dəqiqə gəzdikdən sonra almaz tapıb: “Parkda gəzəndə təsadüfən torpağın üstündə tapdım. Şüşə kimi parıldayırdı. Əvvəl nə olduğunu bilmədim və çantama atdım. Daha sonra çantamdan çıxaranda bir nəfər gördü və baxmaq istədi. Hamı onun başına toplaşmağa başladı. Bunun böyük bir almaz olduğunu dedilər”.

Almazın dəyərinin 15 min dollar olduğu bildirilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti