Sabah temperatur düşəcək

Sabah temperatur düşəcək
  18 Avqust 2013    Oxunub:1168
Sabah Bakıda 31-33° isti olacağı gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

AzVision.az-ın verdiyi xəbərə görə, temperaturun gecə 19-24°, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti