Mərkəzi Kəşfiyyat İdarəsi: `Trampı Rusiya prezident edib` (VİDEOXƏBƏR)

Mərkəzi Kəşfiyyat İdarəsi: `Trampı Rusiya prezident edib` (VİDEOXƏBƏR)
  10 Dekabr 2016    Oxunub:38802
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müəyyənləşdirib ki, Rusiya Donald Trampın qalib gəlməsi üçün ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edib.

AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetinə yazdığına görə, MKİ Rusiya rəhbərliyi ilə bağlı olan və “WikiLeaks” saytına Hillari Klintonun qərargahının rəhbəri Con Podesta da daxil olmaqla Demokratlar partiyasının serverlərini qırmaq yolu ilə əldə olunan minlərlə elektron poçtu ötürməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib.

“MKİ bu qənaətə gəlib ki, Rusiyanın əsas məqsədi Trampın seçkilərdə qalib gəlməsinə yardım etməkdir”, - deyə nəşr yüksək rütbəli ABŞ məmuruna istinadən xəbər verir.

Daha əvvəl ABŞ KİV və FTX dəfələrlə Demokratlar partiyasının serverlərinin rus hakerlər tərəfindən sındırıldığını bəyan etmişdi.

Qeyd edək ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti