Ohanyanın arvadı Sarkisyana qarşı - (VİDEOXƏBƏR)
AzVision.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, Ruzanna Xaçaryanın qurultayda çıxış edəcəyi gözlənilir.
“Hələlik partiyaya kimin - Seyran Ohanyan və ya Viktor Dallakyanın rəhbərlik edəcəyi barədə qərar qəbul edilməyib. Eyni zamanda Ohanyanın həyat yoldaşı Ruzanna Xaçaryan partiyanın işlərində aktiv şəkildə iştirak edir”, - deyə “Jamanak” nəşri yazır.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyan vəzifəsindən istefa verib, Ohanyan isə tutduğu postdan uzaqlaşdırılıb.
Yeni partiyanın Sarkisyana qarşı müxalif mövqe tutacağı bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az