Neft şirkətinin şefi ABŞ-ın dövlət katibi olacaq - (VİDEOXƏBƏR)

Neft şirkətinin şefi ABŞ-ın dövlət katibi olacaq - (VİDEOXƏBƏR)
  13 Dekabr 2016    Oxunub:4867
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp bu gün yeni dövlət katibinin adını açıqlayacaq.

AzVision.az xəbər verir ki, bu barədə Tramp “Twitter” səhifəsində yazıb.

“Mən növbəti dövlət katibi barədə bəyanatı sabah səhər saatlarında açıqlayacağam”, - deyə Tramp yazıb.

Yeni dövlət katibi Bakı vaxtilə bu gün günorta saatlarında məlum olacaq.

Hazırda ABŞ dövlət katibliyinə ən real namizəd kimi “ExxonMobil” neft korporasiyasının direktoru Reks Tillersonun olduğu bildirilir. Bu haqda Associated Press xəbər yayıb.



Tillerson Dövlət Departmanetinə rəhbərlik etməyin onun üçün böyük şərəf olacağını bəyan edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti