Mətbuat Şurasından mitinq açıqlaması

Mətbuat Şurasından mitinq açıqlaması
  19 Avqust 2013    Oxunub:950
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.
Azərbaycan Mətuat Şurasının monitorinq qrupu avqustun 18-də Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilmiş icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə qarşı hər hansı maneə qeydə almayıb. Bu barədə Mətbuat Şurası məlumat verib.

Məlumata görə, Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış və MŞ-nin icraçı katibi Rəhim Hüseynzadənin rəhbərlik etdiyi monitorinq qrupunun üzvlərinə, həmçinin qurumun Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməyib.

MŞ-nin mitinq müddətində "qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmayıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti