"İnter" bu dəfə də qalib olmadı

"İnter" bu dəfə də qalib olmadı
  19 Avqust 2013    Oxunub:1502
Azərbaycan “Topaz” futbol Premyer Liqasında 3-cü tura start verilib.Tur çərçivəsində ilk oyun dünən keçirilib. “Bakı” ilə “Rəvan” görüşündə paytaxt klubu rəgibə 5 cavabsız qol vuraraq qalib gəlib. Qolları Yure Travner (9 dəqiqə), Mindauqas kalonas (11 və 37 dəqiqə), Cavid Hüseynov (78 dəqiqə) və Aleksandr Soyiş (83 dəqiqə) vurublar.

İkinci oyun da dünən baş tutub. “Neftçi” Zaqatalanı təmsil edən “Simurq”-u sınağa çəkib. Bu oyunda da bakılılar qalib gəliblər. Flaqman “Simurqun” qapısından yalnız 1 qol vura bilib. 35-ci dəqiqədə paraqvaylı leqioner Erik Ramos fərqlənib.

Bu gün də 3-cü tur çərçivəsində iki oyun baş tutub. Avropada ölkəmizin yeganə təmsilçisi “Qarabağ” son vaxtlar yaxşı oyun nümayiş etdirə bilməyən “Xəzər Lənkəranı” qəbul edib. Oyun Qurban Qurbanovun yetirmələrin üstünlüyü ilə keçib və sonda elə “Qarabağ” maçın qalibi olub. 26-ci dəqiqədə Nikoloz Qelaşvili, 61-ci dəqiqədə isə penaltidən Riçard fərqləniblər.

Bu günün sonuncu maçı iki Bakı klubun arasında keçirilib. “İnter” doğma meydançada “AZAL” klubunu qəbul edib. Oyun ev sahiblərin üstünlüyü ilə keçsə də, zəfər çalan “AZAL” klubu oldu. 30-cu dəqiqədə “İnter”-in oyunçusu Ruslan Əmircanov hesabı açsa da, 41-ci dəqiqədə nigeriyalı Viktor İkbeqoyi hesabı bərabərləşdirib və 67-ci dəqiqədə həmin oyunçu “AZAL”-ı hesabda önə çıxardıb. “AZAL” 2-1 hesabı ilə rəgib meydançada qalib gəlib.
Tur sabah “Sumqayıt”-“Qəbələ” oyunu ilə tamamlanacaq.
Turnir cədvəlində “Qarabağ” və “Neftçi” öndədir. Hər iki klub 9 xal yığaraq, cədvəldə başçılıq edirlər. “Qəbələ” sabah “Sumqayıtdan” üstün ola bilsə, o da 9 xal yığacaq. “İnter” ilə “Rəvan” bir xal belə yığmayaraq cədvəlin zirzəmində qərarlaşıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti