Lənkərən və Lerik bu gün - Qarlı fotolar

Lənkərən və Lerik bu gün - Qarlı fotolar
  15 Dekabr 2016    Oxunub:10046
Ötən gündən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə qar örtüyünün hündürlüyü Ağdərə, Gədəbəydə 22, Xınalıq, Daşkəsəndə 17, Qubada 15, Qubanın dağlıq ərazilərində 10-25, Zaqatala, Göygöldə 13, Şəki, Oğuzda 12, Balakəndə 11, Rvarudda 9, Şamaxı, Naxçıvanda 8, Şahbuz, Ordubadda 7, Altıağac, Sarıbaşda 6, İsmayıllı, Tərtərdə 5, Göyçay, Lerikdə 4, İmişli, Göytəpə, Şabranda 3, Kəlvəz, Astara, Beyləqan, Zərdabda 2, Şərur, Xaçmaz, Lənkəranda 1 sm olub.

Qarlı hava şəraitinin sabah da davam edəcəyi proqnozlaşdırılır.

AzVision.az Lerik və Lənkərana yağan qarın görüntülərini təqdim edir:

















Aytən Zəhra
AzVision.az





Teqlər:  





Xəbər lenti