Biabırçı mitinq – FOTOLAR

Biabırçı mitinq – FOTOLAR
  19 Avqust 2013    Oxunub:1121
Milli Şuranın dünən Səbail rayonunun 20-ci yaşayış sahəsindəki Sürücülük Məktəbinin qarşısında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

DİN-in məlumatına görə, saat 17:00-dan 20.00-dək davam edən aksiya zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Mitinqə həddindən artıq az adam gəlib. Bu, fotolardan da görünür. Beləliklə, mitinq də Milli Şura kimi fiaskoya uğrayıb. Müxalifətçilər 20 minlik mitqin keçiriləcəyini deyirdilər. Amma bunun heç cüzi bir hissəsi də aksiyaya qatılmamışdı. Gələnlər az olduğu üçün mitinq yarım saat gec başlayıb. Əli Kərimli çıxış edəndə meydanda haradasa 500 adam qalmışdı. Çünki insanlar aksiyanın sona çatmasını gözləmədən mitinqi tərk edirdilər. Ona görə, mitinq yarımçıq da qurtardı.

Bu tədbir mitinqdən daha çox “palatka toyu”nu xatırladırdı. Və bir daha təsdiqləndi ki, onu keçirməkdə məqsəd sadəcə Milli Şuranın aldığı pulların yuyulmasıdır.

Qalereya




Teqlər:  





Xəbər lenti