Florida Xocalı soyqırımını tanıdı

Florida Xocalı soyqırımını tanıdı
  19 Avqust 2013    Oxunub:1220
Florida ştatı Nümayəndələr Palatasının üzvü Defni Kempbel Xocalı soyqırımının tanınması barədə qətnamə imzalayıb.

Florida ştatı Nümayəndələr Palatasının üzvü Defni Kempbel Xocalı soyqırımının tanınması barədə qətnamə imzalayıb. Sənəddə Ermənistanın Azərbaycana təcavüzündən, onun Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətindən və Xocalıda dinc əhalinin erməni silahlı qüvvələri tərəfindən kütləvi surətdə qətlə yetirilməsindən bəhs olunur.

Qətnamədə Ermənistan silahlı dəstələri tərəfindən 613 azərbaycanlının öldürülməsi faktları göstərilir, BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən və Azərbaycan ərazisinin 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunması faktını təsdiqləyən dörd qətnaməsinə Ermənistanın qətiyyən məhəl qoymadığı bildirilir.
Nümayəndələr Palatasının üzvü öz qətnaməsi ilə ştatın parlamentini 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin törətdikləri Xocalı qətliamının günahsız qurbanlarının xatirəsini yad etməyə çağırır.
Defni Kempbel 2010-cu ildən ABŞ-ın Demokrat Partiyasından ştatın 108-ci seçki dairəsini təmsil edir.
Qeyd edək ki, bundan əvvəl Birləşmiş Ştatların Oklahoma, Massaçusets, Kannektukit ştatları, Meksika Senatı da Xocalı faciəsini soyqırım kimi tanıyan qətnamələr qəbul ediblər.
Şübhəsiz ki, belə qərarların çıxarılması Amerikadakı Azərbaycan və türk lobbilərinin birgə səyləri ilə mümkün olur. Erməni faşistlərinin Qarabağdakı azərbaycanlı əhaliyə qarşı törətdikləri etnik təmizləmə və soyqırım aktlarının ABŞ kimi super dövlətin ştatları səviyyəsində də olsa tanınması və pislənməsi Qarabağ həqiqətlərinin dünyada qəbulu baxımından, ermənilərin təbliğatını kəsərsiz eləmək baxımından böyük önəm daşıyır.
Bu prosesin vüsət alması ələlxüsus uydurma “erməni soyqırımı”nın yüz illiyi ərəfəsində mühüm əhəmiyyət kəsb edir və davam etdirilməlidir.(azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti