Misirli məhbuslar öldürüldü

Misirli məhbuslar öldürüldü
  19 Avqust 2013    Oxunub:973
Qahirədə məhbuslar digər həbsxanaya köçürülən zaman öldürülüb.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, Misirin Daxili İşlər Nazirliyi ölən məhbusların sayı barədə ziddiyyətli informasiya verib. Məlumata görə, bir neçə məhbus silahlı şəxslərin basqını zamanı həlak olub. Belə ki, həbs olunan “Müsəlman Qardaşlar”ın üzvləri xilas edilməyə cəhd edilib. Lakin polislə toqquşma zamanı 36 nəfər məhbus ölüb.

Qeyd edək ki, bu gün Avropa Birliyi rəsmiləri Misirdəki zorakılığa son qoymaq və tərəflər arasında razılıq əldə etmək üçün Brüsseldə görüşəcək. Danışıqlar zamanı Misirə 5 milyard avro dəyərində qrant və borc ayrılması müzakirə olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti