Bu şəxslərə viza verilməyəcək - İnam Kərimovdan açıqlama (VİDEOXƏBƏR)

Bu şəxslərə viza verilməyəcək - İnam Kərimovdan açıqlama (VİDEOXƏBƏR)
  16 Dekabr 2016    Oxunub:4375
“Gələcəkdə xarici səfirliklərlə, konsulluqlara əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşları da “ASAN Viza” portalından istifadə edə bilərlər”.

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov qeyd edib ki, bu, səfirlikləri və konsulluqların qərarından asılı olacaq.

Agentlik sədri, həmçinin vurğulayıb ki, “ASAN Viza” portalının təhlükəsizliyi təkcə dövlət agentliyi ilə deyil, aidiyyatı dövlət orqanları, təhlükəsizlik orqanları ilə sıx əməkdaşlıq çərçivəsində təmin olunur: “Bu əməkdaşlıq çərçivəsində həm portalın, həm də ölkəmizə gələn turistlər barədə məlumatların yoxlanılması və onlara viza verilməsi barədə qərar müvafiq təhlükəsizlik orqanları tərəfindən təmin edilir”.

İ.Kərimov əlavə edib ki, müvafiq dövlət orqanları tərəfindən ölkəmizə girişi qadağan olunan şəxslərə portal vasitəsilə viza verilməyəcək: “Müvafiq dövlət orqanlarının arzuolunmaz şəxslər siyahısı var. Bu siyahılar sistemə daxil edilir. Sistem avtomatik olaraq bu siyahını yoxlayır və hər hansı bir şəxs dövlətin “arzuolunmaz şəxslər” siyahısında daxildirsə, onlara viza verilməyəcək. Ümumilikdə isə hər bir dövlətin hər hansı bir şəxsə viza verib-verməməsi onun müstəsna səlahiyyətində olan məsələdir”.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti