“Mustafa Hacıbəyli özünə gülür”
Bu sözləri AzVision.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O, Hacıbəyli qardaşlarını siyasi etikaya əməl etməyə çağırıb :
“Bu siyasi ailə patriaxı bir az siyasi etikaya riayət etsinlər. Bu nə deməkdir? Bu qardaşların apardığı siyasətdən baş açmaq olmur”.-deyə E. Quliyev bildirib.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli facebook profilində Milli Şuranın mitinqindən narazılıq edib : “Aksiya başlanandan yarım saat sonra insanlar meydanı tərk etməyə başladı, çünki aksiyada nəinki coşqu yaradılmadı, hətta təqdimatlarda belə səviyyəsizlik numayiş edildi” .
M.Hacıbəyli həmçinin Milli Şuranın üzvü İbrahim İbrahimlinin çıxışı zamanı etdiyi səhvlərdən də söz açıb.
Nihadə Eyyubova