Polşada qarşıdurma - Parlament mühasirəyə alındı (VİDEOXƏBƏR)

Polşada qarşıdurma - Parlament mühasirəyə alındı (VİDEOXƏBƏR)
  17 Dekabr 2016    Oxunub:10559
Polşanın paytaxtı Varşavada etirazçılar parlamentin binasını mühasirəyə alıb.
AzVision.az xəbər verir ki, etirazçılar deputatlara parlamentin binasını tərk etməyə imkan verməyib. Hadisə yerinə çox sayda polis cəlb edilib. Polislər aksiyası iştirakçılarından ərazini tərk etməyi tələb etsə də, nümayişçilər tələbə əməl etməyib. Nəticədə polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Polis etirazçıları zorla sıxışdırdıqdan sonra Polşanın “Hüquq və ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski parlament binasını tərk edə bilib. Məlumata görə, Kaçinski avtomobillə polis konvoyun müşayiəti ilə gedib.

Qeyd edək ki, nümayişçilərin fikrincə, parlamentdə 2017-ci il üçün dövlət büdcəsi qanunvericiliyə uyğun şəkildə qəbul edilməyib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti