Milli Şura yenə toplanacaq
Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq problemi həll olunmadığı üçün alternativ vahid namizədin müəyyənləşdirilməsi üçün bugünkü sessiyada qərar qəbul olunacağı gözlənilir.
Milli Şura üzvləri isə mətbuata açıqlamalarında müxtəlif fikirlər səsləndirib.
Belə ki, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bu sessiyada alternativ namizədin müzakirə olunacağını desə də, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan buna ehtiyac olmadığını demişdi.
Qeyd edək ki, Milli Şuranın sessiyası 15:00-da Müsavat Partiyasının qərargahında keçiriləcək.
Fatimə
Teqlər: