ABŞ Cənubi Koreya ilə təlimlərə başladı

ABŞ Cənubi Koreya ilə təlimlərə başladı
  19 Avqust 2013    Oxunub:1077
Cənubi Koreya ilə ABŞ birgə hərbi təlimlərin yeni mərhələsinə başlayıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, kompüterləşdirilmiş hərbi təlimlərin aparılmasında məqsəd müdafiə qabiliyyətinin sınaqdan keçirilməsidir.

“Ulchi Freedom Guardian” adlı təlimin 12 gün davam edəcəyi bildirilib. Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimdə 50 min Cənubi Koreya, 30 min ABŞ əsgəri iştirak edəcək. Təlimin müdafiə xarakteri daşıdığını vurğulayan müttəfiqlər onun Şimali Koreyaya hücum məqsədi daşımadığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti