Gürcüstanın qərbi su altında qalıb

Gürcüstanın qərbi su altında qalıb
  19 Avqust 2013    Oxunub:1196
Gürcüstanın qərbində yağan aramsız yağışlar nəticəsində bir çox kurort ərazilər su altında qalıb.
AzVision.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, yağışlar daha çox Ureki şəhərinə ziyan vurub. Şəhərə aparan yolda sürüşmə baş verib, yollar bağlanıb.

Ozurqeti şəhər rəhbəri Kote Şaraşenidzenin sözlərinə görə, xilasedicilər yerli əhaliyə yardım göstərməyə davam edir. Eyni zamanda qonşu regionlardan da xilasedicilər, texnika cəlb olunub. K.Şaraşenidze əlavə edib ki, yağıntılardan dəymiş ziyanın miqdarı hələ hesablanmayıb.

Şahanə


Teqlər:  





Xəbər lenti