İranda daha 3 nəfər edam edilib

İranda daha 3 nəfər edam edilib
  19 Avqust 2013    Oxunub:1064
İranda oğurluqla məşğul olanlar edam edildi
AzVision.az xəbər verir ki, onlar üçün çıxarılan hökm Əlborz vilayətində əhalinin gözü qarşısında yerinə yetirilib.

Edam olunan məhbusların təcavüzdə günahlandırıldığı bildirilir. Ad və soyadları açıqlanmayan məhbuslar 14 müxtəlif oğurluğa, 2 adam oğurluğuna qatıldıqlarını və 2 nəfərə təcavüz etdiklərini boyunlarına alıblar.
Onlar yalnız çoxsaylı şikayətlərdən sonra ötən il həbs ediliblər və Kərəc Ümumi və İnqilab Məhkəməsi tərəfindən ölüm hökmünə məhkum ediliblər.

İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənən qərar daha sonra avqustun 18-də səhər saatlarında Kərəc şəhərinin üç ayrı nöqtəsində - Taliqani meydanı, Fərdis və Məhəmməd rayonlarında icra edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti