Azərbaycanda yeni xəstəlik yayılıb

Azərbaycanda yeni xəstəlik yayılıb
  19 Avqust 2013    Oxunub:1140
Sabirabadda iribuynuzlu heyvanlar arasında yayılan naməlum xəstəliyin adı bəlli olub.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O, bildirib ki, bu, biovirus adlı xəstəlikdir:

“Aran zonasında heyvanlar arasında dabaq xəstəliyinin yayılması həqiqətə uyğun deyil. Biovirus xəstəliyi ilk dəfədir ki, ölkəmizdə müşahidə olunur. Avropada yayılmış xəstəlikdir. Hazırda xəstəliyin yayılma arenası Saatlı, Sabirabad, İmişlidir. Xəstəlik ağcaqanadlar vasitəsilə heyvandan heyvana keçir. İnsana keçmə ehtimalı yoxdur. Hələki heç bir heyvan tələfatı olmayıb. Xəstəliyə qarşı profilaktik tədbirlər həyata keçirilir”.-deyə Y.Xanvəli bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti